Rusiya Xarici İşlər Naziriliyi ölkədəki ABŞ səfirliyinə etiraz notası təqdim edib.

Unikal.org "TASS"a istinadla xəbər verir ki, sənəddə rəsmi Moskvanın ABŞ rəqəmsal platformalarında Rusiyaya qarşı yalan məlumatların yayılmasına qarşı əks tədbirlər görə biləcəyi qeyd olunur.

“Amerika rəqəmsal platformalarında Rusiya barədə həqiqəti əks etdirməyən məlumatların kütləvi şəkildə yayılması müşahidə olunur. Bu məlumatların koordinasiyalı şəkidə yayılmasında ABŞ-ın Rusiyadakı səfirliyinin də əməyi var”, -deyə nazirliyin açıqlamıslnda bildirilib.

XİN hesab edir ki, Amerika sosial şəbəkələrinin cavabdeh şəxsləri yalan kontent yaymaqla, demokratik dəyərlər və beynəlxalq informasiya sistemini təhlükə altında qoyurlar.