Ermənistanın keçmiş prezidenti Robert Koçaryan gələcək seçkilərdə iştirak edəcəyini açıqlayıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Koçaryan üç mətbuat orqanına birgə müsahibə verib. Müsahibə zamanı sabiq Ermənistan prezidenti gələcək seçkilərə qatılacağını bildirib.

"Paşinyana qarşı seçkilərdə iştirak edəcəyəm", - deyə R.Koçaryan bəyan edib. O həmçinin Nikol Paşinyan hakimiyyətini sərt tənqid edib.

Qeyd edək ki, Ermənistan birləşmiş müxalifətinin vahid namizədi Vazgen Manukyan isə Paşinyanın keçirəcəyi hər hansı seçkilərdə iştirak etməyəcəklərini söyləmişdi. Yalnız Nikol Paşinyanın baş nazir vəzifəsindən istefa verməsindən sonra seçkilərin keçirilməsini istəyib.