Avstraliyanın Rokhempton şəhərində qəribə hadisə baş verib.
Ailəsi ilə birlikdə Avstraliyanın Rokhempton şəhərində yaşayan Monika Qreen, evində bir problem olduğunu anlayıb.
Unikal.org xəbər verir ki, qadın daha sonra evindəki təhlükəsizlik kamerasının sıradan çıxdığını görüb və narahat olmağa başlayıb.
Üç uşaq anası qadın xəstəxanaya gedib qayıtdıqdan sonra evimdə gördüyü mənzərə qarşısında şoka düşüb.
Yaşadığı evdə kondisionerin və arxa qapının açıq olduğunu görüb. Bundan əlavə mətbəxdə yarısı yeyilmiş toyuq qanadı tapıb. O bu barədə polisə məlumat verib. Qreenin şikayətindən sonra evə polis əməkdaşları gəlib, üst hissədəki dam lyukunun boş olduğunu görüb.
Araşdırmalardan sonra çardağa gizlincə girib onlarla yaşan yad bir şəxsin olduğu məlum olub.
Ev sahibi onun evin açarlarını oğurladığını düşünüb.
Tavan evində məskunlaşan kişinin kimliyi hələ müəyyənləşməsə də, polis qrupları hadisə ilə əlaqədar istintaq başladıb.