Erməni katolikos Ermənistan baş naziri Nikol Paşinyanı yenidən istefaya çağırıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, katalikos II Qaregin Paşinyanın istefasının vacib olduğunu bəyan edib.

"Kilsə siyasətdən kənar bir təşkilatdır. Biz o zaman da insanları küçələrə çıxmağa çağırmadıq, sadəcə Paşinyanı istefaya çağırdıq. İndi də düşünürəm ki, Nikol Paşinyan baş nazir vəzifəsindən istefa verməlidir", - deyə katalikos söyləyib.