Ermənistanın sabiq prezidenti Serj Sarkisyan koronavirusa yoluxub.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə S.Sarkisyanın ofisindən məlumat verilib. Bildirilib ki, keçmiş Ermənistan prezidenti COVID-19-a yoluxub və 17 yanvardan karantindədir.

Qeyd edək ki, bir müddət öncə Serj Sarkisyanın arvadı Rita Sarkisyan koronavirusdan ölmüşdü.