Rusiya əhalisinin sayı 1 ildə 510 min nəfər azalıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlətin mərkəzi statistika orqanı olan "Rosstat" məlumat verib. Belə ki, 2019-cu ildə əhalinin sayı 146 750 000 nəfər olsa da, 2020-ci ildə ölkədə bu göstərici 146 240 000 nəfər olub.

Bildirilib ki, bu azalma son 15 ilin ən böyük azalmasıdır. Sonuncu dəfə 2005-ci ildə əhalinin sayı 564 min nəfər azalmışdı. Pandemiya başlayandan bəri Rusiyada ümumilikdə 71 651 nəfər həyatını itirib.

Uzmanlar belə düşünür ki, Rusiyaya postsovet məkanından miqrant axının azalması doğum tempini biraz da azaldacaq. Təbii artımın azalmasını sosial-iqtisadi geriləmə koronavirus pandemiyasının rifaha mənfi təsirləri də gücləndirəcək. Ölkədə böyük demoqrafik böhran yaranacağı proqnozlaşdırılır.