ABŞ-ın Corciya ştatında yerləşən quşçuluq təsərrüfatında kimyəvi maddə (maye azot – Red) sızıntısı səbəbindən altı nəfər dünyasın dəyişib.

Bu barədə Unikal.org  “Associated Press”ə istinadən məlumat verir.

Qeyd olunub ki, beş nəfər quşçuluq təsərrüfatında, bir nəfər isə xəstəxanada ölüb.

Hadisənin baş verdiyi əraziyə gələn yanğınsöndürənlərin dördü qəzanın qarşısını almaq istəyərkən xəsarət alıblar.

Təxminən 130 fabrik işçisi təxliyyə edilib və hazırda həkimlər tərəfindən müayinə olunurlar.