Çindən Türkiyəyə daha 3.5 milyon dozalıq koronavirusa qarşı vaksin partiyası gətirilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, 10 milyon doza həcmində sifariş edilmiş ikinci vaksin partiyasının 6.5 milyon dozalıq ilk hissəsi bir neçə gün öncə Türkiyəyə çatdırılmışdı.

3.5 milyon dozalıq vaksini əhatə edən ikinci hissə isə bu gün Türkiyəyə gətirilib.