Əfqanıstanda fəaliyyət göstərən Taliban qruplaşmasının təmsilçisi qruplaşmanın nümayəndə heyətinin Rusiyaya səfəri haqqında danışıb.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, Talibanın siyasi ofisinin əməkdaşı Rusiyaya səfəri dəyərləndirib. Qeyd edilib ki, nümayəndə heyəti Moskvada rəsmilərlə ABŞ-la danışıqları və Əfqanıstandakı siyasi prosesləri müzakirə edib.

Xatırladaq ki, dünən Rusiya XİN Taliban qruplaşmasının nümayəndə heyətinin Moskvaya səfəri haqqında açıqlama yaymışdı.

Qeyd edək ki, Taliban qruplaşması bir çox ölkə tərəfindən terror təşkilatı kimi tanınır. Lakin Əfqanıstandakı sülh prosesi ilə bağlı danışıqlar da Taliban da tərəf kimi təmsil olunur.