Ermənistanda hökumət binasını tutmağa cəhd göstərdiyi üçün həbs olunanların kimliyi məlum olub.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan ədliyyə nazirinin keçmiş müavini, "Legal Way" insan hüquqları təşkilatının rəhbəri Ruben Melikyan məlumat verib.
O qeyd edib ki, haqqında cinayət işi açılaraq tutulanlar siyasətçi Araqats Axoyan, ictimai xadim Vahaqn Çaxlyan, boksçu İsrail Akopkoxyan, rejissor Arşak Zakaryandır.
"Başqa bir məhbus da var, amma kim olduğu hələ bilinmir", - deyə R.Melikyan bildirib.
Müxalif Birləşmiş Ermənistan Partiyasının sədri Vahan Badasyanın da saxlanıldığı bildirilir. O, publik çıxışı zamanı Nikol Paşinyanın fiziki cəhətdən məhv edilməli olduğunu bəyan etmişdi.
*****
10:34
Ermənistanda hökumət binasını ələ keçirməyə cəhd edən 5 nəfərə cinayət işi açılıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Dünənki aksiyalarda iştirak etmiş və hökumətin binasına girməyə çalışan, dövlətin əsas binasını ələ keçirməyə cəhd edən 5 nəfər saxlanılıb. Hazırda istintaq və araşdırmalar davam etdirilir.