Ermənistanda daha bir yüksək vəzifəli məmur həbs edilib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Ermənistanın İqtisadiyyat Nazirliyində idarə rəisi vəzifəsini tutan Armen Nalbandyan həbs olunub.

Belə ki, şirkətlərdən birinin gömrük bəyannaməsini yoxlama zamanı saxtakarlığa yol verilib. İdxal olunan almazların qiyməti əhəmiyyətli dərəcədə aşağı salınıb. Nəticədə dövlətə tələb olunan 811 min dollar əvəzinə 138 min dollar ödənilib. Həmçinin nazirliyin Lisenziyalaşdırma və İcazələr İdarəsinin rəisi A.Nalbandyanın təsərrüfat subyektlərinə müvafiq sənədlərin yoxlanılması və verilməsinə görə külli miqdarda rüşvət aldığı üzə çıxıb.

Ekspertlər belə faktların üzə çıxması ilə Ermənistan cəmiyyətinin Nikol Paşinyan hökumətinə inamı daha da sarsıtdığını düşünürlər.