SSRİ Xalq artisti Vasili Lanovoy 88 yaşında dünyasını dəyişib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, mərhumun vəfatı ilə bağlı Moskva meri Sergey Sobyanin şəxsi İnstaqram hesabında paylaşım edib.

V.Lanovoy yanvarın 2-də koronavirus diaqnozu ilə xəstəxanaya aparılıb. 28-i gecəsi isə halı qəfildən pisləşib və reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, aktyor 1934-cü ildə yanvarın 16-da Moskvada dünyaya gəlib. Karyerası boyunca "Алые паруса", "Война и мир", "Офицеры", "Анна и Командор" kimi ekran işlərində yadda qalan obrazlar yaradıb.