Fevralın 8-dən başlayaraq Rusiyada universitetlərdə əyani təhsil bərpa olunacaq.
Unikal.org xəbər verir ki, ölkənin elm və ali təhsil naziri Valeri Falkov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, ali məktəblərə epidemioloji durumun ağırlaşacağı təqdirdə yenidən məhdudlaşdırıcı tədbirlər görməyə hazır olmaq tapşırılıb.
Qeyd edək ki, bundan öncə paytaxt Moskvadakı bir neçə universitet 8 fevraldan etibarən əyani təhsilə qayıtmağa hazır olduqlarını açıqlamışdı. Moskva Dövlət Universiteti, Bauman adına Moskva Dövlət Texniki Universiteti və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu bununla bağlı qərar qəbul edib. Eyni zamanda Ali İqtisadiyyat Məktəbi martın 29-dan başlayaraq hibrid formatda onlayın dərslərə qayıdılacağını elan etmişdi.