Türkiyədən Yunanıstana qaçmağa çalışan PKK terror təşkilatının üzvü yaxalanıb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.
Qeyd olunub ki, Yunanıstanla həmsərhəd olan Edirne şəhərinin İpsala məntəqəsindən qanunsuz yollarla Yunanıstana keçməyə cəhd göstərən şəxs tutulub. O, jandarm qüvvələrinə təhvil verilib. Təslim edilən şəxs haqqında hazırda araşdırmalar davam etdirilir.
Ülkemizden Yunanistan’a yasa dışı yollardan geçmeye çalışan 1 kişi Edirne’nin İpsala ilçesinde görev yapan hudut birliklerimiz tarafından yakalandı.
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) January 29, 2021
Daha önce terör örgütü PKK’ya yardım ve yataklıktan yargılandığı belirlenen şahıs İpsala İlçe Jandarma Karakoluna teslim edildi. pic.twitter.com/2kx2pp5z1S