Almaniyanın ikinci ən böyük bankı olan "Commerzbank" yenidənqurma işləri çərçivəsində strategiyasını yeniləyəcək və 10 min insanı işdən çıxaracaq.
Unikal.org xəbər verir ki, "Commerzbank"ın icraçı direktoru (CEO) Manfred Knof, bankın strategiyasının yenilənməsi çərçivəsində 10 000 iş yerindən çıxmağı və yüzlərlə filialı bağlamağı planlaşdırır.
Qeyd edək ki, Alman dövlətinin səhmdarı olduğu bankda ixtisar və bəzi filialların bağlanması da daxil olmaqla yenidən qurulma uzun müddət gündəmdə idi, bankın keçmiş top meneceri Martin Zielke 2020-ci ilin iyul ayında birdən istefa edib.