Türkiyədə xəstəxanaların birində mübahisə düşüb.
Unikal.org xəbər verir ki, tibb işçisi xəstəni ziyarətə gələn yaxınlarına koronavirus tədbirlərə riayət etməsini bildirib. Bu zaman qohumlarla tibb işçisi arasında mübahisə yaranıb.
Belə ki, Sezer İbrahim adlı işçinin təxminən 20 nəfər tərəfindən təpiklənərək döyüldüyü anlar təhlükəsizlik kamerasına əks olunub. Hadisə yerinə təhlükəsizlik işçiləri gəlib. Onlar baş verən olaya müdaxil edib. Sezar İbrahim isə həkim nəzarəti altına götürülüb.