“Biz ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları açıq şəkildə qınadıq”.
Unikal.org xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, İran ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları əhəmiyyətsiz hesab edir.
“Təəssüf ki, ABŞ sanksiya tətbiq etməyə alışıb. Bu, bütün dünyanın və ABŞ-ın özünün zərərinə olacaq”, - deyə İran XİN başçısı vurğulayıb.