Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar Kipr adasındakı sülh və sabitliyin yolları haqqında danışıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, E.Tatar adada iki dövlətin mövcudluğunun reallıqlara uyğun formul olduğunu söyləyib.
"İki dövlət formulu Kiprin gerçəklərinə söykənən siyasətdir. Suveren bərabərliyə əsaslanan, yanaşı yaşayan iki dövlet formulu artıq Kiprin reallıqlarını əks etdirir və çox önəmlidir. Türkiyənin də tam dəstəyi ilə bu siyasəti yürüdürük. Bizim mövqeyimiz budur", - deyə ŞKTR prezidenti bəyan edib.