Dünyaca məşhur jurnalist Larri Kinqin ölümünə koronavirus deyil, qan zəhərlənməsi – sepsis səbəb olub.
Unikal.org xəbər verir ki, bunu jurnalistin həyat yoldaşı Şon Kinq deyib.
Qeyd edək ki, televiziya ulduzu yanvarın 23-də 87 yaşında vəfat edib. Ona daha əvvəl koronavirus diaqnozu qoyulması və həkimlərin xəstəxanaya yerləşdirilməsində israr etməsi barədə məlumat yayılmışdı.
Qeyd edək ki, aktrisa Şon Larri Kinqin səkkizinci həyat yoldaşıdır. Cütlük 1990-cı illərin sonunda evlənib və aparıcının ölümünə qədər birlikdə olublar.