Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Cozef Borrel Rusiyaya səfər edəcək.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, səfər gələn həftə gerçəkləşdiriləcək. Onun Rusiya XİN başçısı Sergey Lavrov və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirməsi planlaşdırılır. Səfərin əsas məqsədinin martda keçiriləcək Aİ liderlərinin zirvə toplantısında Aİ-Rusiya münasibətlərinin müzakirə edilməsindən öncə tərəflərin əlaqələrinin yenidən dəyərləndirilməsi olduğu deyilir.
Müzakirə mövzuları əsasən, Rusiyanın Ukraynadakı fəaliyyətləri, pandemiya, İranın nüvə məsələsi, Navalnının zəhərlənməsi və həbsi olacaq.