Rusiyanın koronavirusa qarşı vaksinləri daha bir ölkədə dövlət qeydiyyatına alınıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Qərbi Afrika regionunda yerləşən Qvineyada Rusiya istehsalı olan "Sputnik V" koronavirusa qarşı vaksinləri rəsmi şəkildə dövlət qeydiyyatına alınıb. Qvineya rəsmiləri bu vaksinlərdən pandemiyaya qarşı mübarizə çərçivəsində istifadə edəcəklərini bildiriblər.

Qeyd edək ki, Rusiyanın "Sputnik V" vaksinləri Belarus, Argentina, Boliviya, Serbiya, Əlcəzair, Fələstin, Venesuela, Paraqvay, Türkmənistan, Macarıstan və BƏƏ-də də dövlət qeydiyyatına alınmışdı.