"Çocuklar Duymasın" serialının çayçı Hüseyni Alparslan Özmol sosial şəbəkələrdə haqqında yayılan ölüm xəbərlərinə aydınlıq gətirib.
Unikal.org türk mətbuatına istinadən bildirir ki, aktyor belə paylaşımların əsassız olduğunu, ölüm xəbərləri yerinə karyerası və işi gündəmə gəlmək istədiyini açıqlayıb:
“Haqqımda tez-tez “öldü” deyə xəbərlər yazırlar. Hazırda hər kəs sosial şəbəkələrdən istifadə edir. Amma müəllif hüquqları var. Ona görə də yazılan və paylaşılan hər şeyə diqqət etmək lazımdır. Yumor cəmiyyətin həssas yeridir. Onsuz yaşaya bilmərik, amma yumorla da güldürməyi bacarmaq lazımdır. Lakin ölüm xəbərlərimin yayılmasını istəməzdim. Virusdan, təyyarə qəzasından öldü dedilər. Sağ ikən belə xəbərlərin olması məni narahat edir. Hələ ölməmişəm, öləndə biləcəksiniz”.