Rusiyada son bir gündə daha 19 032 nəfərə COVID-19 diaqnozu qoyulub.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 832 080 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 512 nəfər artaraq 72 697-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 279 964 nəfər sağalıb.