Türkiyəli aktyor Atilla Pekdemir 78 yaşında dünyasını dəyişib.

Unikal.org xəbər verir ki,  2 ildir ağciyər xərçəngindən əziyyət çəkən aktyor İzmirdə vəfat edib.  Pekdemir bir müdddət əvvəl koronavirusa yoluxub.

A.Pekdemir 1943-cü ildə Giresunda dünyaya gəlib. Kareyerası boyunca bir çox ekran işində çəkilib.

Qeyd edək ki, o, bugünə qədər “Cennet Mahallesi”, “Kurtlar Vadisi”, “Sırlar Dünyası”, “Arka Sıradakiler”, “Yeşil Deniz” kimi sevilən layihələrdə rol alıb.