Tanınmış model Şule Kooper türkiyəli  aktrisa Hande Erçelə bənzəməyə çalışıb.

Unikal.org xəbər verir ki, buna görə Şule bunun üçün üzərində bir neçə estetik dəyişiklik etdirməyə çalışıb.

İngiltərədən Türkiyəyə gələn modelyer ilk əvvəl dişlərində dəyişiklik etdirmək istəyib. Stomatoloqa gedən qadının başına gəlməyən qalmayıb. Dişlərində problem olduğunu deyən həkim onları çəkib.

Amma yeni dişləri hazır olduqdan sonra Şule onları bəyənməyib, Handeninkinə heç bənzəmədiyini söyləyib. Həkim isə onun etirazını qəbul etməyərək "Nə edim, bu qədərini bacarıram. Sizin yaşınıza uyğun deyil. Nə edirsiz, hara gedirsiz gedin, düzəltmirəm" sözlərini söyləyib.

4600 avro ödədiyini deyən Kooperin dişlərinin düzəlməsi üçün digər həkim ən az 1 il vaxt gedəcəyini bildirib. Erçelə bənzəmək istəyən qadın öz dişlərindən də olub.