"Ötən ay Aygün Kazımovanın ad günü oldu, onu təbrik edirəm. İnstaqramda paylaşsaydım, qəribə baxacaqdılar. Ona görə də ən yaxşısı efirdən yeni yaşını təbrik edim. Ona çoxlu uğurlar arzulayıram".

Unikal.org  xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "10-da görüşək" proqramında deyib. Müğənni illərdir küsülü olduğu həmkarı Aygün Kazımovadan danışıb. Röya Kazımova ilə qonşu olduğunu deyib:

"Aygün Kazımova yaxşı qonşudur. Eyni mərtbədə, fərqli bloklarda qalırıq. İnanın ki, bir şey olsa, qapısını döysəm kömək edər".

Bildirək  ki, Kazımova da ötən gün "ATV maqazin onlarla" proqramında Röyü ilə bağlı suala "Biz küsülü deyilik" cavabını verib.