Azərbaycan əsilli  aktrisa Nəsrin Cavadzadə ailə həyatı qurur.  

Unikal.org xəbər verir ki, o, bir müddət əvvəl mətbuata açıqladığı aktyor sevgilisi Göhkan Alkanla pandemiyadan sonra nikah masasına oturacaq. 

Qeyd edək ki,  cütlük Türkiyənin ən reytinqli seriallarından biri olan " Yasak alma"da çəkiliş zamanı tanış olublar.