“Səlimlə səhər danışdım, dedi “hər şey yaxşıdır, evə indi gəldim””.

Unikal.org xəbər verir ki, bunu Modern.az-a açıqlamasında həbs xəbəri yayılan sabiq nazir Səlim Müslümovun atası Yanvar Müslümov bildirib.

“Ola bilər harasa çağırıblar, çağırmayıblar bilmirəm, amma indi evindədir. Biz telefonda elə şeylərdən danışmırıq. Səlimin öz canı üçün dindirməyə aparıblar yoxsa yox, onu da bilmirəm”.