Lənkəran rayonu Gəgiran kəndindən olan şəhid Qalib Nuruzadənin atası Habil Nuriyev dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, H. Nuriyev bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, bir neçə gün əvvəl şəhidin atası "YouTube" kanalında verilişdə çıxış edib. O, şəhid oğlunu çətinliklərlə daxmada böyütdüyünü bildirmişdi.