Moda proqramları ilə məşhurlaşan Nihal və Bahar Candan bacılarının əsgər əmisi oğlu, təyin olunduğu polis bölməsində intihar edib.  

Unikal.org xəbər verir ki,  sosial media fenomeni olan Candan bu barədə "Instagram"dan paylaşaraq məlumat yayıb. Belə ki, o, əmisi oğlunun xidmət zamanı öz silahı ilə başından vuraraq öldürdüyünü bildirib. 

Faktla bağlı araşdırma aparılır.