“Ölkə üzrə cüzi məktəblərdə, bu da əsasən regionlarda istiliklə bağlı müəyyən problemlər var. Bununla bağlı aidiyyəti qurumlar tərəfindən lazımi işlər görülür”.

Unikal.org xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev deyib.

Şöbə müdiri hesab edir ki, həftəsonuna qədər mövcud problem aradan qaldırılacaq.