Azərbaycanda yol patrul xidmətinin əməkdaşı sürücünü nəyə görə saxladığını əsaslandıra bilməyib.

Unikal.org xəbər verir ki, bu barədə sürücü Təbriz Yusubov Xəzər TV-yə məlumat verib. O, qeyd edib ki, bütün prosesi lentə alıb. DYP əməkdaşı Yol hərəkəti haqqında Qanunu düzgün izah edə bilməyib. Sürücü ona irad tutanda isə o avtomobildən uzaqlaşıb.

Qeyd edək ki, sözügedən faktla bağlı da Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.