Xəbər verdiyimiz kimi, bu gün müğənni Alişan və Buse Varol cütlüyünün qızı dünyaya gəlib.

Unikal.org xəbər verir ki, bu haqda sənətçi "Gəldi atasının eşqi, şükür" sözlərini yazaraq İnstaqram hesabında körpəsinin üzü görünməyən fotosunu paylaşıb.

Alişanın qohumlarından biri isə qızının üzü görünən şəklini İnstaqramının hekayə bölümündə paylaşıb və foto bütün sosial şəbəklərdə yayılıb.

Bunu görən Alişan qohumuna əsəbiləşib və onu tənqid edib:

“Yaxın qohumlarımdan bir neçəsinə qızımın fotosunu göndərdim. O da şəkili sosial şəbəkədə paylaşıb. Mənim övladım hələ yeni dünyaya gəlib. Amma hər yerdə fotoları var. Bu hərəkətinə görə səni qınayır və böyük təəssüf hissi keçirdirəm”.