Azərbaycanda gün ərzində yol hərəkəti qaydaları əleyhinə aşkar olunan inzibati xətaların sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev Unikal.org-a bildirib ki, respublika ərazisində gün ərzində yol hərəkəti qaydaları əleyhinə olan ümumilikdə 11-12 min fakt müəyyən edilir.

Bu inzibati xətaların 6-7 mini foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə elektron formada qeydə alınır.