Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən Unikal.org-a bildirilib ki, tələbələrin köçürülməsi ilə bağlı ali təhsil üzrə 2721, orta ixtisas üzrə 198 müraciət olub.

Xaricdən köçürülmə üçün isə 182 nəfər müraciət edib.