Lənkəran Şəhər Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Azər Cahangirov Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək Astara Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Orxan Həsənli