Türkiyəli məşhur model və sosial media fenomeni Şeyma Subaşı plastik əməliyyat etdirib.
Unikal.org xəbər verir ki, Şeyma bir neçə il əvvəl düzəltdirdiyi burnuna yenidən əl gəzdirib. Eyni zamanda qüsursuz dəriyə sahib olmaq üçün bir sıra prossedurlar da həyata keçirdib.
Subaşı bu əməliyyat üçün bir çox dünya ulduzlarının üz tutduğu estetik cərrah Simon Ouriananın yanına gedib. Bu əməliyyat ona 160 min dollara (272 min manata) başa gəlib. Şeymanın bütün xərclərini misirli sevgilisi Mohammed Alsaloussi ödəyib.
Qeyd edək ki, Şeyma Subaşı produser Acun Ilıcalının keçmiş həyat yoldaşıdır.