"Bir il pandemiyanı anlamadım hardan gəldi-getdi. Şikayət etmədim ki, işsizlikdir. Mənim üçün önəmlisi valideynlərimin səhhəti idi. Anamı sağaltdım atam getdi, atamı sağaldıram anam gedir. Toyu gözləməyə vaxtım olmadı".

Unikal.org xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "MTV Azərbaycan"a açıqlamasında deyib. Müğənni digər həmkarları kimi işsizlikdən gileylənməməsindən danışıb:

"Fikirləşmirdim ki, iş nə vaxt başalayacaq. Ailəmi qoruyurdum. Niyə pulu düşünmürəm? Çünki onsuz kasıb olmuşam".

Sevgi ilə bağlı suallara isə Röya "Sevməyi gözəl bacarıram, sevilirəm. Şəxsi həyatımdan danışmamışam. Bircə ərə getməyimi gördünüz" cavabını verib.