Sənətçi Xuraman Şuşalı köhnə görüntülərinin sosial şəbəkələrdən silinməsini xahiş edib.
Unikal.org xəbər verir ki, müğənni bu barədə "Həmin Zaur" proqramına qonaq olarkən söhbət açıb.
Müğənni hicabsız şəkillərinin hələ də bir çox yerdə yayımlanması onu narahat etdiyini bildirib:
"Dəfələrlə demişəm, xahiş etmişəm ki, Allaha xatir şəkillərimi silin. Bəziləri sildi, amma sonra yenidən yüklədilər. Hicaba gələndən sonra 3 il sənətdən uzaqlaşdım. Amma oxumamış qala bilmədim. İslama güclü imanla gəldim, bacarmadım. Ümid edirəm tək günahım oxumaq olar".