Türkiyənin ən reytinqli "Çukur" serialında Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin qəzəli səsləndirilib.

Unikal.org  xəbər verir ki, "Show TV"də yayımlanan ekran işinin IV mövsüm 23-cü bölümündə "Sığmazam" səsləndirilib.

Baş qəhrəman olan Yamaç (obrazı aktyor Aras Bulut İynemli canlandırır-red.) hadisələrin baş verdiyi İstanbulun Çukur səmtinə qayıdıb və fonda müğənni Cavid Mürtəzaoğlunun ifasında sözügedən əsər verilib.