Türkiyəli məşhur müğənni Sinan Akçıl  bir müddət əvvəl boşandığı həyat yoldaşı Burcu Kıratlı ilə barışıb. 

Unikal.org xəbər verir ki,  dünən elçilik mərasimi keçirən cütlük  fevralın 22-də nikah masasına əyləşəcək. 

Belə ki, cütlüyün özlərindən daha məşhur nikah şahidləri olacaq. Pandemiya şərtlərinə uyğun olaraq az sayda qonaqların olacağı nikah mərasimində Sınan Akçıl və Burcu Kıratlının nikah şahidləri Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu və məşhur müğənni Sibel Can olacaq.