2002-ci ildə dünya gözəli seçilən model-aktrisa Azra Akın İstanbulun Nişantaşı səmtində müxbirlərlə qarşılaşıb.

Unikal.org xəbər verir ki, hazırda "Masumiyet" serialında çəkilən aktrisa jurnalistlərin suallarını cavablandırıb.

O, ekran işindəki həmkarı Hülya Avşarın çəkiliş üçün 8 saatlıq iş rejimi tələbinə belə münasibət bildirib:

"İş saatları barədə hazırda danışılacaq bir şey yoxdur. Hülya tamamilə haqlıdır. Onun tələblərinin arxasındayam. Biz qul deyilik, heç kim qul deyil. Səhərə qədər işləmək olar, amma bu standart qrafik olmamalıdır".