23 yaşında dünyanın ən varlı məşhurlarından biri olan Kayli Cenner hər işi ilə gündəmdə qalmağa davam edir.

Unikal.org xəbər verir ki, məşhur  "Kylie Cosmetics" şirkətinin sahibi Kayli 6 il əvvəl cinsiyyətini dəyişdirən atasını makiyaj edib. O, bununla bağlı görüntüləri "YouTube" kanalında yayımlayıb. 

Bundan sonra, amerika mətbuatında gündən olan video bağlı Kaylinin atası açıqlama verib. O, 6 il əvvəl cinsiyyətini dəyişdirməsinə baxmayaraq qızına ona yenə də ata deməsini istəyib. 

Jurnalistin, "Kayli cəmiyyətdə olarkən sizə ata deyə səslənirmi?" sualına isə  "Transgender həyatımda verdiyim ən yaxşı qərardır. Ancaq nə olursa olsun, mən Kaylinin atasıyam. Hər kəsin bir fikri var. Hərə bir şey söyləyir, amma mən onun atası idim, bu həmişə belə qalacaq", -deyə məşhurun atası cavablandırıb.