Dünyaca məşhur brend “Pierre Cardin”in sahibinə məxsus ev satışa çıxarılıb.
Unikal.org xəbər veri ki, 13 min kvadrat metr ərazisi olan malikanə 1970-ci ildə inşa edilib. Onun dekorasiyasına macarıstanlı dizayner Antti Lovag imza atıb.
Villa şarlar formasında inşa edildiyindən "Şar sarayı" adlandırılır. Aralıq dənizi sahilində yerləşən bu malikanəni Pierr 1991-ci ildə alıb.
Bir çox böyük məclislərə ev sahibliyi edən mülk bir neçə həyət, hovuzlar, amfiteatr və 10 otaqdan ibarətdir. "Şar sarayı" 280 milyon funt-sterlinqə ( 656 milyon 572 min manata) təqdim edilir.