Biləsuvar rayonunda yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvarın Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Nəsimikənd kənd sakini, 1985-ci il təvəllüdlü Sadıqov Rauf Akif oğlunu avtomobil vurub. İlkin məlumata görə, avtomobil hadisə yerindən uzaqlaşıb.

Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda ona tibbi yardım göstərilir.

Faktla bağll araşdırma aparılır.