Türkiyəli müğənni İrem Derici bir neçə gün öncə sosial izolyasiya tədbirlərini pozaraq dostları ilə sahildə piknik edib.
Unikal.org xəbər verir ki, maskasız əyləşən sənətçi müxbirlər xəbərdarlıq etdikdən sonra "Şikayət edə biləcəyiniz yer varsa, gedin edin" söyləmişdi.
Kadıköy məmuru İrem Dericini qadağaları pozduğu üçün 4369 TL (təxminən 1055 manat) cərimələyib.