Türkiyəli məşhur sənətçi Hülya Avşar qonaq olduğu şou proqramların birində maraqlı etiraflar edib.
Unikal.org xəbər verir ki, münasibət quracağı kişilərdə diqqət yetirdiyi meyarlar haqqında məlumat verən Avşar , "Kişidə ən çox diqqət yetirdiyim şeylər yumor, diş və dırnaqlardır", - deyə etiraf edib.
İfaçı həmçinin də, " Sevgi mövzusunda saxtakar bir insanam. Qarşı tərəfi xoşbəxt edə bilmirəm",- deyə bildirib. Hülyanın bu açıqlaması sosial şəbəkədə gündəmə səbəb olub.