Türkiyənin Sivas şəhərində yaşayan İbrahim Atalay xarici görünüşü ilə diqqət çəkib.

Unikal.org KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı İbrahim “Karib dənizinin quldurları” filmində Conni Deppin həyat verdiyi "Cek Sperou" obrazına oxşarlığı ilə xeyli marağa səbəb olub.

O, pərəstişkarı olduğu bu obraza bənzəmək üçün hər gün 1 saatını güzgü qarşısında keçirir. Hər kəs onu sivaslı "Cek Sperou" kimi tanıyır. İbrahim 7 ildir ki bu görünüşdədir.