ABŞ polisi Ağ Evin yaxınlığında avtomobilində tapança olan qadını saxlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 66 yaşlı qadın məktub vermək üçün ABŞ Prezidenti Cozef Baydenin iqamətgahının ərazisinə girməyə çalışıb. Onu pnevmatik silahı olan bir kişi müşayiət edib.
Saxlanılan qadın artıq dövlətin yüksək vəzifəli şəxslərinin qorunması ilə məşğul olan ABŞ Məxfi Xidmətinə təhvil verilib.