Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim keçmiş xanımı Aynur Həmidovanın (Canan) şiddət ittihamlarına cavab verib.

Unikal.org xəbər verir ki, o, “MTV xəbər”ə açıqlamasında qızını və xanımını döyməsi barədə verilən sualları belə cavablandırıb:

“Uşaqlarımın anasıdır. Əsəbi olub, şantaj edib, özü və Allahı bilər. Mən yenə o uşaqların atasıyam, arxalarında dayanmışam. Nə lazımdırsa, onları edirəm. Mən məcbur deyiləm ki, mətbuata bu barədə açıqlama verim. Çox danışmaq istəmirəm”.

Qeyd edək ki,  Aynur Həmidovanın (Canan)  bir neçə gün əvvəl qızının fotolarını instaqramda paylaşaraq atası tərəfindən şiddətə məruz qaldığını iddia edib.